00:00:00
Yazar
Admin User
21.06.2025 19:30 77 1 dəq oxuma
Dünya

Təşkilat silahı yerə qoyacaqmı, İsrail-İran toqquşmalarına necə baxır?

Təşkilat silahı yerə qoyacaqmı, İsrail-İran toqquşmalarına necə baxır?

 

İranda fəaliyyət göstərən Kürdüstan Azad Yaşam Partiyasının (PJAK) Həmsədr sədri Əmir Kərimi, Türkiyədəki "yeni prosesi" dəstəklədiklərini, lakin onların PKK kimi silahı yerə qoymaq və özünü buraxmaq qərarı olmadığını bildirib.

Kərimi deyib: “Çünki İranda belə bir zəmin yoxdur”.

“Biz heç vaxt Türkiyəyə hücum etmədik və etməyəcəyik”,- deyən Kərimi, “Türkiyə dövləti ilə normal və dinc münasibətlər qurmaq” istədiklərini bildirib.

Kərimi, İsrail və İranın hücumları ilə bağlı olaraq, “Bu, nə bizim, nə də xalqımızın savaşıdır, tərəfi deyilik” sözlərini işlədib.

Qrup, PKK-nın əsasını təşkil etdiyi Kürdüstan Cəmiyyətlər Birliyinin (KCK) üzvüdür.

PJAK həm Türkiyə, həm də İranın "terror təşkilatları" siyahısında yer alır.

ABŞ Maliyyə Nazirliyi də 2009-cu ildə PJAK-ı "terror təşkilatı" kimi tanıyıb. Türkiyə isə bu qrupun PKK-nın İran qolu olduğunu iddia edir.


BBC NEWS
Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər