Türk Donanması Rotterdamda Hollanda Mətbuatının Diqqət Mərkəzində
NATO-nun “Steadfast Dart 2026” təlimi çərçivəsində Rotterdam Limanına yan alan Türk Hərbi Dəniz Qüvvələrinə məxsus TCG Anadolu və onu müşayiət edən 3 döyüş gəmisi Hollanda mediasında geniş diqqət çəkib. Yerli nəşrlər gəmilərin şəhər mərkəzində, Erasmus Körpüsü yaxınlığında demir salmasını “təsirli görüntü” kimi təqdim edib.
Xəbərlərdə TCG Anadolu-nun dron və helikopter daşıma imkanları, eləcə də müasir texniki xüsusiyyətləri vurğulanıb. Limanı ziyarət edən hollandiyalılar və Hollandiyada yaşayan türklər gəmilərə böyük maraq göstərərək sosial şəbəkələrdə paylaşımlar ediblər.
TRT Haber
Mələk Hüseynova
