Türkiyə Böyük Millət Məclisinin sədri Kurtulmuş siyasi partiyaları ziyarət edib
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş MHP lideri Dövlət Baxçalı, CHP sədri Özgür Özəl və Demokratik Sol Partiyasının (DEM) nümayəndə heyəti ilə görüşüb.
MHP lideri Dövlət Baxçalının Parlamentdəki ofisində qapalı qapılar arxasında keçirilən görüş təxminən 30 dəqiqə davam edib.
Parlament sədri Kurtulmuş görüşdən sonra mətbuata açıqlamasında MHP sədri Baxçalıya "Terrorsuz Türkiyə" və Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası proseslərində liderliyi və dəstəyinə görə təşəkkür etmək üçün onu ziyarət etdiyini bildirib.
TRT XƏBƏR
Arzu Poladova
