Türkiyədə meşə yanğını başlayıb
Türkiyənin Malatya vilayətinin Pütürgə rayonunda meşə yanğını başlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Bildirilib ki, hazırda yanğına havadan və qurudan müdaxilə edilir.
Məlumata görə, əraziyə 15 yanğınsöndürən maşın, 1 helikopter və 71 canlı qüvvə cəlb olunub.