Türkiyə - İngiltərə arasında strateji tərəfdaşlıqda yeni mərhələ başlayıb
Türkiyə ilə İngiltərə arasında strateji əməkdaşlığı gücləndirmək məqsədilə “Strateji Tərəfdaşlıq Çərçivə Sənədi” imzalanıb. Sənədə Türkiyənin Xarici İşlər naziri Hakan Fidan və Böyük Britaniyanın xarici işlər naziri Yvette Cooper imza atıb.
Sənəd təhlükəsizlik, müdafiə sənayesi, ticarət, iqlim dəyişikliyi, elm və texnologiya kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Tərəflər həmçinin NATO çərçivəsində əməkdaşlığı gücləndirməyi, qlobal təhlükəsizlik və sabitlik üçün birgə fəaliyyət göstərməyi hədəfləyir.
Ortaq bəyanatda bildirilib ki, bu sənəd iki ölkə arasında yeni mərhələnin başlanğıcıdır və iqtisadi əlaqələrin, o cümlədən ticarət və investisiyaların artırılmasına töhfə verəcək.
TRT HABER
Reyhan Qulizadə