00:00:00
Yazar
Səadət Əlizadə
14.06.2026 10:45 22 1 dəq oxuma
İdman

Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatmayıb"

Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatmayıb"

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella DÇ-2026-nın qrup mərhələsində Avstraliya ilə oyundan sonra (0:2) açıqlama verib.

 

"İnformator.az" xəbər verir ki, italiyalı mütəxəssis komandanın hücumda istədiyi nəticəni ala bilmədiyini bildirib.

 

 

Montella davamlılıq probleminə diqqət çəkib: “Davamlılıq olmayanda istər-istəməz tam performans verə bilmirsiniz. Bu gün hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı”.

 

Baş məşqçi komandanın mübarizəsindən narazı qalmadığını, lakin son nöqtədə çatışmazlıq yaşadıqlarını deyib:

 

“Futbolçular çalışdı, meydanda istək var idi. Hücumda müxtəlif variantlara əl atdıq. Sadəcə, son zərbədə daha dəqiq olmalı idik”.

 

Montella turnirdə mübarizənin davam etdiyini vurğulayıb:

 

“Bu səviyyədə, belə matçlarda kiçik detallar nəticəyə təsir edir. İndi başımızı qaldırıb növbəti oyuna hazırlaşmalıyıq. Qrupda hələ hər şey bitməyib”.

 

Qeyd edək ki, Türkiyə millisi D qrupunda Avstraliya, ABŞ və Paraqvayla mübarizə aparır. Ay-ulduzlular qrupun növbəti matçında Paraqvayla üz-üzə gələcək.

#millisinin #çatmayıb" #türkiyə #təkcə #baş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər