00:00:00
Yazar
Aysel Mirzəyeva
18.02.2026 20:33 25 2 dəq oxuma
Siyasət Özəl

“Türkiyənin Afrikada strateji vasitəçi rolu daha da möhkəmlənir ”- ŞƏRH

“Türkiyənin Afrikada strateji vasitəçi rolu daha da möhkəmlənir ”- ŞƏRH

“Türkiyə bölgədə əlavə münaqişə və kədərin yaranmasını istəmir. Biz regionun problemlərinə məhz region ölkələrinin özləri tərəfindən həll yolu tapılmasını arzu edirik. Afrikanın xarici qüvvələrin mübarizə meydanına çevrilməsini istəmirik”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.


Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Ərdoğanın bu bəyanatı Ankara üçün Afrikanın təkcə iqtisadi tərəfdaş deyil, həm də strateji və geosiyasi prioritet olduğunu bir daha təsdiqləyir:

 

“Son onilliklərdə Türkiyənin qitədə açdığı çoxsaylı səfirliklər, Somali ilə bağlanan müdafiə sazişləri və Efiopiya ilə sıx hərbi-texniki əməkdaşlıq Ankaranı “regiondankənar oyunçu” statusundan çıxarıb və regional məsələlərdə söz sahibi olan əsas vasitəçilərdən birinə çevirib. Ərdoğanın “regionun problemlərinə region ölkələrindən həll yolu” vurğusu Türkiyənin Afrikada anti-imperialist və bərabərhüquqlu tərəfdaş imicini gücləndirməyə xidmət edir. Bu isə Ankara üçün diplomatik manevr imkanlarını genişləndirir. İsrailin Somaliləndin müstəqilliyini tanımaq ehtimalı Qırmızı dəniz və Hind okeanı hövzəsində onsuz da həssas olan təhlükəsizlik balansını ciddi şəkildə sarsıda bilər. Belə bir addım Somalinin ərazi bütövlüyü məsələsini yenidən beynəlxalq gündəmə gətirəcək və Qırmızı dənizin cənub girişində yerləşən strateji Babül- Məndab boğazı yaxınlığında rəqabəti artıracaq. İsrailin bu bölgədə hərbi və ya kəşfiyyat dayağı əldə etməsi Iranın regiondakı təsirini cilovlamaq məqsədi daşısa da, bu addım eyni zamanda Misir, Səudiyyə Ərəbistan və Türkiyə kimi digər regional güclərin maraqları ilə toqquşa bilər. Somaliləndin rəsmi tanınması digər separatçı hərəkatlar üçün presedent yarada biləcəyindən, bu, təkcə dəniz təhlükəsizliyi deyil, həm də Afrikada uzunmüddətli qeyri-sabitlik və yeni geosiyasi qütbləşmə riskini artırır”.


Nuray Əliyeva

#xəbər #şərh #daha #azərbaycan #vasitəçi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər