00:00:00
Yazar
Aysel Mirzəyeva
24.04.2026 19:33 26 1 dəq oxuma
Dünya

Türkiyənin ilk yüksək sürətli qatarı saatda 225 kilometr sürətə çatıb

Türkiyənin ilk yüksək sürətli qatarı saatda 225 kilometr sürətə çatıb

Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu Türkiyənin ilk yüksək sürətli qatarının dinamik əyləc sınaqlarının ikinci günündə saatda 225 kilometr sürətə uğurla çatdığını açıqlayıb.

 

Nazir Əbdülkadir Uraloğlu, Türkiyənin Milli Elektrikli Yüksək Sürətli Qatarının sınaq prosesləri ilə bağlı yazılı açıqlama verib. Bu qatar Türkiyə Dəmir Yolu Sistemləri Nəqliyyat Vasitələri Sənayesi A.Ş. (TÜRASAŞ) vasitəsilə yerli olaraq istehsal olunur.


Uraloğlu, Türkiyənin ilk yüksək sürətli qatarının istehsalının tamamlanmasından sonra qatarı sınaq üçün relslərə çıxardıqlarını və dinamik yol sınaqlarının uğurla davam etdiyini vurğulayıb.

 

TRT Haber
Arzu Poladova

#çatıb #sürətə #sürətli #ilk #türkiyənin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər