00:00:00
Yazar
Elmira Ağayeva
18.08.2026 21:15 39 2 dəq oxuma
Siyasət

Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı ittifaqı genişlənir: Misir də qoşula bilər

Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı ittifaqı genişlənir: Misir də qoşula bilər

 


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında yaradılan müdafiə mexanizminin digər ölkələrin də iştirakı üçün açıq olduğunu bildirib. Ərdoğan Misirin də istədiyi halda bu sazişə qoşula biləcəyini deyib. Yeni mexanizmə digər ölkələrin qoşulması ehtimalı regional təhlükəsizlik və Yaxın Şərqdəki güc balansı baxımından diqqət çəkir. 


Mövzu ilə bağlı  Türk İslam Araşdırmaları Mərkəzinin sədri Telman Nüsrətoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, regionda belə bir ciddi ittifaqın yaranması regional və qlobal təsir imkanları baxımından çox önəmlidir: 
   
“Çox çətin və gərgin bir mübarizə gedir. Yeni dünya nizamında geoiqtisadi, geosiyasi, strateji xarakteri olan bir mübarizə gedir və burada da ittifaqlar ön plana çıxır. Təbii ki, Yaxın Şərq kimi qeyri-sabitliyin, çoxlu münaqışə ocaqlarının, gərgin münasibətlərin olduğu bir regionda belə bir ciddi ittifaqın yaranması regional və qlobal təsir imkanları baxımından çox önəmlidir. Yəni Türkiyə bir tərəfdən müdafiə sənayesi, dünyanın en qüdrətli bir neçə ordusundan birinə sahib olan ordusu ilə, Pakistanın nüvə silahına sahib olması, Səudiyyə Ərəbistanının maliyyə gücü, enerji resursları - bunlar təbii ki, bir araya gələndə böyük bir "supergüc" anlayışına və ya təsirinə çevrilir. Ona görə də artıq bu Məkkə sazişi dünyanın da diqqət mərkəzindədir və ehtimal var ki, Misir də və digər bir neçə Körfəz ölkələri də bura qoşula bilərlər. Bu, önəmli bir faktdır bu baxımdan. Sabitləşdirici, balanslaşdırıcı, kənar müdaxilələrə və ya imperialist müdaxilələrə maneə ola biləcək regionda bir paktdır. Təbii ki, bir tərəfdən İsrailin yayılmacı siyasəti, o biri tərəfdən İranın bu "Müqavimət oxu" adlandırdığı proksi güclər üzərindən regionda öz uzantılarını yaratması və ya ərəb dünyasının strateji maraqlarını təhdid etməsi bu coğrafiyada bir balanslaşdırıcı güc ehtiyacını yaradıb. Həm İsrail, həm də İran mənşəli antagonizmə qarşı orta yol, orta bir konsepsiya, yəni çəkindirici gücü yüksək olan, amma işbirliyindən, əməkdaşlıqdan, diplomatik müstəvidə məsələləri müzakirə etməkdən yana olan bir blokdur. Bu baxımdan mən güman edirəm ki, sırası genişlənəcək Körfəz ölkələrindən, hətta ola bilər ki, sadəcə Yaxın Şərqdən deyil, dünyanın başqa coğrafiyalarından da bu ittifaqa qoşulanları görə bilərik”. 


Samirə Allahverdizadə

#Türkiyə #Pakistan #Səudiyyə Ərəbistan #Misir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər