Türkiyə regional sabitliyi qorumaq əzmini davam etdirir
Milli Savunma Bakanlığı verilən açıqlamada bildirilib:
“Türkiyə, düşmən mövqeli addımlara cavab vermək hüququnu özündə saxlayaraq, regional sabitliyi qorumaq əzmini davam etdirir”.
Milli Müdafiə Nazirliyi (MSB) həftəlik mətbuat brifinqində regional təhlükəsizlikdən terrorla mübarizəyə, sərhəd təhlükəsizliyindən beynəlxalq təlimlərə qədər gündəmdə olan mühüm məsələlərlə bağlı detalları ictimaiyyətlə bölüşüb.
Nazirlik mənbələrinin açıqlamasında qeyd olunub ki, 4 mart tarixində İran tərəfindən atılan, İraq və Suriya hava məkanından keçərək Türkiyəyə yönələn bir ballistik sursat aşkar edilib. Həmin sursatın Şərqi Aralıq dənizində yerləşdirilən NATO-nun hava və raketdən müdafiə qüvvələrinin vaxtında qarşılanaraq havada zərərsizləşdirildiyi bildirilib.
TRT Haber
Səadət Əlizadə
