Türkiyə və Böyük Britaniya arasında yeni mərhələ: Strateji tərəfdaşlıq sənədi imzalanıb
Hakan Fidanın Londona iki günlük səfəri çərçivəsində Türkiyə ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb. Sənədə Fidan və britaniyalı həmkarı Yvette Cooper imza atıb.
Sənəd iki ölkə arasında mövcud strateji tərəfdaşlığı daha da gücləndirməyi, qarşılıqlı dialoq və əməkdaşlığın əhatəsini genişləndirməyi hədəfləyir. Birgə bəyanatda tərəflərin beynəlxalq məsələlər, o cümlədən Orta Şərqin təhlükəsizliyi ilə bağlı ortaq mövqedən çıxış etdiyi vurğulanıb.
Açıqlamada həmçinin NATO çərçivəsində əməkdaşlığın əhəmiyyətinin artdığı qeyd olunub, çəkindiricilik və müdafiənin Avro-Atlantik təhlükəsizliyin əsasını təşkil etdiyi bildirilib.
Sənəddə, eyni zamanda, davam edən danışıqlar fonunda azad ticarət sazişinin yenilənməsi də daxil olmaqla, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi niyyəti təsdiqlənib.
*BBC*
Fatimə Hüseynli