Türkiyə və İngiltərə “Eurofighter Typhoon” layihəsi çərçivəsində razılaşma imzalayıb
Türkiyə və İngiltərə Eurofighter Typhoon layihəsi çərçivəsində təyyarələrin istismarı və saxlanmasına dair texniki və logistika dəstəyi üzrə müqavilə imzalayıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, layihə çərçivəsində təyyarələrin istismarına və xidmətinə yönəlik texniki və logistika dəstəyi müqaviləsinin imzalanması ilə bağlı razılıq əldə olunub.
Müqavilə Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler ilə Böyük Britaniyanın müdafiə naziri John Healey arasında imzalanıb.
Nazirlikdən verilən məlumata görə, İngiltərənin paytaxtı London şəhərində keçirilən görüş zamanı tərəflər müdafiə sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Açıqlamada həmçinin qeyd olunub ki, layihə çərçivəsində təyyarə, avadanlıq və sursat alışı ilə bağlı müqavilə 2025-ci ilin oktyabr ayında imzalanıb. Bu gün isə təyyarələrin istismarı və saxlanmasına dair texniki-logistika dəstəyi üzrə yeni razılaşma əldə olunub.
Tərəflər gələcək dövrdə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində iradələrini də ifadə ediblər.
TRT HABER
Reyhan Quliyeva