00:00:00
Yazar
Admin User
12.11.2025 17:04 127 1 dəq oxuma
Dünya

Tuxel-in qərarı nə olacaq?

Tuxel-in qərarı nə olacaq?

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel bildirib ki, kapitan Herri Keyn, Cud Bellinqem və Fil Fodeni eyni vaxtda meydana çıxarmaq onun qurduğu sistem daxilində mümkün deyil.  

 

 

“Hazırda strukturu qoruyaraq onların üçünü bir yerdə oynatmaq olmur,” – deyə Tuxel bildirib. “Onlar birlikdə oynaya bilərlər, amma bu strukturda yox. Bizim balansımıza uyğun deyil. Çünki biz xüsusi mövqelərdə ixtisaslaşmış cinah oyunçularından da istifadə edirik.” Tuxel əlavə edib ki, dünya çempionatına beş “on nömrə” aparmayacağını əvvəlcədən planlaşdırır. Cud Bellinqem, Morqan Rocers, Fil Foden, Koul Palmer və Ebereçi Eze kimi futbolçuların çoxluğu səbəbilə bəzi ulduzların heyətdən kənarda qalacağı ehtimal olunur. Artıq mundiala vəsiqə qazanan İngiltərə bu həftə Serbiya və Albaniya ilə qarşılaşacaq.

 

 

SKYsports

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər