00:00:00
Yazar
Admin User
11.11.2025 17:02 122 2 dəq oxuma
Dünya

Təyyarə qəzaya uğrayıb

Təyyarə qəzaya uğrayıb

Azərbaycandan Türkiyəyə gəlmək üçün havaya qalxan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Türkiyənin Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlamasında, axtarış-xilasetmə işlərinin Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə başladıldığını bildirib.

 

 

Lockheed C-130 Hercules, ABŞ-nin Lockheed Martin şirkəti tərəfindən hazırlanmış və istehsal edilmiş dörd turboprop mühərrikli hərbi nəqliyyat təyyarəsidir. Hazırlanmamış və ya yarımçıq uçuş zolaqlarına enib-qalxmaq üçün nəzərdə tutulan bu təyyarə, həm hərbi yüklərin, həm də əsgərlərin daşınması və təxliyə əməliyyatları üçün istifadə olunub.

 

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında verdiyi açıqlamada bunları qeyd edib:

“Azərbaycandan ölkəmizə gəlməkdə olan Milli Müdafiə Nazirliyimizə məxsus C-130 tipli hərbi yük təyyarəmizin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbərini dərin kədərlə öyrəndim. Axtarış-xilasetmə işləri davam edib. Gürcüstanın daxili işlər naziri cənab Gela Geladze ilə telefonla danışdım. Cənab nazir hadisə yerinə yola düşüb. Əziz millətimizə keçmiş olsun diləklərimi çatdırıram".

 

Azərbaycan Prezidenti İlham Əliyev isə hadisə ilə bağlı açıqlamasında bildirib:

 

“Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gəncədən havaya qalxdıqdan sonra Gürcüstan ərazisində qəzaya uğraması və hərbçilərin şəhid olması xəbəri bizi dərindən sarsıdıb.Bu ağır anda dərdinizi bölüşür, Azərbaycan xalqı və şəxsən öz adımdan dünyasını dəyişənlərin ailələrinə, yaxınlarına və qardaş Türkiyə xalqına ən dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər