Təyyarələri İranı bombalamağa mən göndərdim
“Netanyahu müharibə qəhrəmanıdır, çünki biz birlikdə çalışırıq. O, qəhrəmandır. Mən də eləyəm. Heç kim buna fikir vermir, amma mən də qəhrəmanam. Çünki həmin təyyarələri İranın nüvə obyektlərini bombalamağa mən göndərdim”, - Tramp bildirib.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, Trampın açıqlamaları ABŞ-İran münasibətlərinə o qədər də təsir etmir:
"Bu cür açıqlamaların ciddi şəkildə mənfi təsir verəcəyini düşünmürəm. Bundan sonrakı münasibətlərin mənfiyə gedəcəyini düşünmürəm, əksinə müsbət nəticələr yarana bilər. Tramp gələcəkdə İrana yönəlik müsbət fikirlər də deyə bilər. Ona görə də Trampın açıqlamaları Amerika və İran arasında olan münasibətlərə ciddi və ya mənfi təsir edəciyi nəticəsini çıxartmamalıyıq. Əsasən pərdə arxası danışıqlara diqqət etməliyik. Amerika və İran nümayəndələri də dəfələrlə pərdə arxası görüşüblər. Bu görüşmələr yenə də davam edə bilər və hansısa razılaşmalara gələ bilərlər".
Fatimə Heydərova