00:00:00
Yazar
Hüseynova Mələk
03.07.2026 18:36 46 1 dəq oxuma
Hadisə

Üç marşrutun hərəkət istiqaməti dəyişdirilir 

Üç marşrutun hərəkət istiqaməti dəyişdirilir

Bakının Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar iyulun 5-7-də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

 

Bu barədə “İnformator.az” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

 

Məlumata əsasən, məhdudiyyət səbəbindən 10, 14 və 18 nömrəli marşrutların hərəkəti müvəqqəti olaraq Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə təşkil ediləcək.

#marşrut #istiqamət #hərəkət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər