00:00:00
Yazar
Admin User
10.11.2025 15:21 161 2 dəq oxuma
Siyasət

Üçtərəfli bəyanatın 5 illiyi qeyd olunur

Üçtərəfli bəyanatın 5 illiyi qeyd olunur

Bu gün Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanatın 5 illiyi tamam olur. Bəyanat nəticəsində Dağlıq Qarabağda atəşkəs təmin olunub və Azərbaycan işğal altındakı torpaqlarını azad edib. Xüsusilə, Şuşa şəhərinin azad edilməsi Ermənistanın məğlubiyyətini rəsmən tanıması kimi qiymətləndirilir.

 

2023-cü ildə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub və Rusiya sülhməramlı kontingenti ölkəni tərk edib. Prezident İlham Əliyev bildirib: “Qarabağ Azərbaycandır və nida!”

 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki,əvvəla, Azərbaycanın qalibiyyətinin rəsmiləşdirilməsi ilə bağlı ən önəmli razılaşma idi:

 

"İkincisi bu razılaşmanı Ermənistanın qəbul etməsi mühüm bir fakt idi. Buna qədər ki, razılaşmalarda belə bir şey yox idi. Üçüncüsü, razılaşma üzərindəki nəzarət Rusiyada idi. Dördüncüsü, Ermənistanın məğlubiyyətinin rəsmiləşdirilməsi fonunda öhdəliklərin götürülməsi idi. Beşincisi, Qarabağın Azərbaycan ərazisi olması təsdiqlənir və Qarabağ ətrafındakı digər ərazilər qaytarılır məsələsi özünü təsdiq edir. Altıncısı, Rusiya sülhməramlılarının ölkəyə gəlişi Ermənistanın bölgəyə gətirmək istədiyi başqa qüvvələrin Rusiya vasitəsilə qarşısının alınması, Rusiyanın isə gücünün Türkiyənin bölgədə Rusiya-Türkiyə birlikdə nəzarət mexanizmi ilə qurulması ilə alındı. Və sonrakı prosesdə Rusiya sülhməramlılarının bölgədən çıxarılması o cümlədən, Azərbaycanın həyata keçirəcəyi sonrakı dönəmlər üçün antiterror əməliyyatlarına qapı açdı. Qondarma Dağlıq Qarabağ rejimi üzərində tarixi səhvi düzəltmək nöqteyi-nəzərdən mühüm bir vasitə oldu. Növbəti gələcəkdə Azərbaycan-Ermənistan münasibətlərinin, sülh proseslərinin, o cümlədən, sülh proseslərinə qədər ki dayanıqlı danışıqlar dönəminə istinad etmək mümkün olub bu sənədə əsasən. Gələcək üçün bir neçə önəmli ipuclar, planlar yaratdı. Bunlarında daxilində, həmçinin, kommunikasiyaların açılması, Zəngəzur dəhlizi kimi vacib nöqtələr, Azərbaycan-Naxçıvan arası əlaqələrin, quru üzərindən keçidin həll olunması məsələsi. Və hər halda düşünürəm ki, ən fundamental məsələlər bunlar olmalıdır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər