00:00:00
Yazar
Admin User
19.08.2025 16:59 124 1 dəq oxuma
Siyasət

Üçtərəfli yox, dördtərəfli görüş olmalıdır

Üçtərəfli yox, dördtərəfli görüş olmalıdır

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə planlaşdırılan Tramp-Putin-Zelenski görüşünə Avropa lideri də qatılmalıdır, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, Makronda çoxdan belə bir kompleks formalaşıb:

 

"Ola bilsin, bu, Fransa mətbuatının təsirindən yaranıb. Çünki Makronu daim Putin, Tramp, Ərdoğan kimi liderlərlə müqayisə ediblər və çox vaxt onu aşağılayıblar. Əslində o, Avropa təhlükəsizliyindən danışsa da, özünü işarə edir. Ancaq indiki halda Avropa hələ öz təhlükəsizliyini qorumaq gücündə deyil. Bunu Ukrayna müharibəsi də göstərir. Kim barışdırmaq istəyir? Amerika. Amma Avropadan heç bir ölkə bu prosesdə önə çıxmır. Ümumiyyətlə, İkinci Dünya müharibəsindən sonra Fransa daim özünü sübut etməyə çalışıb. “Məndə varam” mesajı ilə çıxış etsə də, bunun nə dərəcədə uğurlu olduğu Fransanın təsir gücündən asılıdır. Hazırda isə Avropada elə bir ölkə yoxdur ki, Rusiya-Ukrayna müharibəsində əsas oyunçuya çevrilsin. Keçmişdə də, orta əsrlərdə də, bu gün də əsas olan gücdür. Bu güc olmadan Avropa Amerikanın yedəyində qalacaq və Rusiya da onları ciddi qəbul etməyəcək".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər