00:00:00
Yazar
Hüseynova Mələk
21.10.2026 20:29 16 2 dəq oxuma
Sosial

Udduğumuz zəhər: Havanın çirklənməsinin insan sağlamlığına təsirləri

Udduğumuz zəhər: Havanın çirklənməsinin insan sağlamlığına təsirləri

Müasir dövrdə sənayenin sürətli inkişafı, nəqliyyat vasitələrinin çoxalması və ekoloji problemlər bəşəriyyətin qarşısında duran ən qlobal çağırışlardan birinə çevrilmişdir. Bu problemlər içərisində hər an nəfəs aldığımız havanın keyfiyyətinin pisləşməsi xüsusi təhlükə doğurur. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında səhiyyə eksperti Rasif Bağırov bildirib ki, müxtəlif materialların yandırılması nəticəsində havaya qalxan çoxlu zərərli maddələr var:

 

" Zərərli maddələrin sayı yoxdur, saymaqla qurtarmır. Onlar yandırılır, qaz halında çıxır, bütün hava məkanını zəhərləyir. Normadan artıq yayılanda  insanlar həmin qazla nəfəs alır. Belə proseslər olanda, əlbəttə ki, insanlarda müəyyən xəstəliklər meydana gəlir. Birinci növbədə oksigenin miqdarının azalması insanlarda bədənin oksigenlə təchizatına ciddi təsir göstərir və o zərərli maddələrin içərisində elə maddələr var ki, qanda eritrositin miqdarını azaldır, hemoliz prosesi yaradır".

 

Ekspert qeyd edir ki, bu proseslər kifayət qədər nəfəs almaq üçün problem yaradır, oksigen az olur, nəticədə toxumaların oksigenlə təchizatı azalır. Buna görə asma kimi xəstəliklər yaranır:

 

“Bronxial asma ilə allergik rinitin əmələ gəlməsində havadan çox insan orqanizminin immun sisteminin rolu var. İmmun sistemində baş verən hər hansı bir dəyişiklik xəstəlik yaradır.  Amma xroniki bronxit məsələsində, havalar tozlu olur, qum qarışıqlı çoxlu hissəciklər havaya qalxır və insanlar da həmin o toz hissəcikləri qəbul edəndə ağciyərin bronx ağacının divarına selik ilkin aşana yapışır və bu çoxluq təşkil edəndə, mütəmadi xarakter alanda təbii ki, insanlarda xroniki bronxit inkişaf eləyir, sonra o xroniki bronxit obstruktiv bronxitə keçir. Obstruktiv bronxitdə bronxial asmadan daha ağır xəstəlik hesab olunur”.

 

 Xədicə İsmayılova

 

#Sağlamlıq #zəhər #hava
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər