UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.
"İnformator.az" xəbər verir ki, super yüngül çəki dərəcəsində Qazaxıstan təmsilçisi Asu Almabayev ABŞ-dən olan Çarlz Consonla qarşılaşıb.
Görüşün ilk iki raundu Almabayevin üstünlüyü ilə keçib. O, döyüşün son raundunda rəqibi təslim olmağa məcbur edib.
Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.