Uitkoff İsrail və Qətər arasında gizli görüş təşkil edir
ABŞ prezidenti xüsusi nümayəndəsi Stiv Uitkoff Nyu-Yorkda İsrail və Qətər nümayəndələri arasında gizli görüş keçirəcək.
"İnformator.az" xəbər verir ki, bu barədə "Axios" portalı iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail nümayəndə heyətinə MOSSAD kəşfiyyat xidməti rəhbəri David Barnea başçılıq edəcək. Qətər tərəfinə isə kimin rəhbərlik edəcəyi açıqlanmayıb.
Portalın qeyd etdiyi kimi, görüşün əsas mövzusu Qəzza sektorundakı vəziyyət və HƏMAS-ın silahsızlandırılması məsələsi olacaq.