00:00:00
Yazar
Güllər Gülhüseynova
18.02.2026 08:48 28 1 dəq oxuma
Dünya

Uitkoff Ukrayna danışıqlarında əhəmiyyətli irəliləyişlər olduğunu bildirib

Uitkoff Ukrayna danışıqlarında əhəmiyyətli irəliləyişlər olduğunu bildirib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya‑Ukrayna müharibəsinin başa çatdırılması üzrə danışıqlarda əhəmiyyətli irəliləyiş olduğunu bildirib.

 

"İnformator.az" xəbər verir ki, o, Cenevrədə keçirilən üçtərəfli müzakirələrin ilk günündən sonra "X" sosial şəbəkəsində paylaşım edib.

 

Uitkoff qeyd edib ki, ABŞ Ukrayna və Rusiya ilə danışıqların üçüncü raundunda "moderator" rolunda çıxış edib:

 

"Bugünkü görüşlər zamanı göstərdiyi qonaqpərvərlik üçün İsveçrə Konfederasiyasına təşəkkür edirik. Prezident Trampın müharibənin hər iki tərəfini yaxınlaşdırmaqda əldə etdiyi uğur əhəmiyyətli irəliləyişə gətirib çıxardı və biz bu dəhşətli münaqişədə qətllərin dayandırılması üçün onun rəhbərliyi altında işləməkdən qürur duyuruq. Tərəflər öz liderlərini məlumatlandırmaq və razılaşmaya nail olmaq üçün işi davam etdirmək barədə razılığa gəliblər", – Uitkoff yazıb.

#azərbaycan #yeni #uitkoff #irəliləyişlər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər