00:00:00
Yazar
Admin User
11.10.2025 11:52 104 1 dəq oxuma
Dünya

Ukrayna 1400 km-dən neft emalı zavodunu vurub

Ukrayna 1400 km-dən neft emalı zavodunu vurub

Bu gün səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidmətinin "A" Xüsusi Əməliyyatlar Mərkəzinin pilotsuz uçuş aparatları (PUA) Ukraynadan 1400 kilometr məsafədə yerləşən Ufa şəhərindəki (Başqırdıstan Respublikası) "Başneft-UNPZ" neft emalı zavoduna zərbə endirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" xüsusi xidmətdəki mənbəyə istinadən məlumat yayıb.

 

"Bu, son bir ay ərzində Ukrayna Təhlükəsizlik Xidmətinin Başqırdıstanda - Ukraynadan 1 400 kilometr məsafədə - üçüncü zərbəsidir. Ukrayna Təhlükəsizlik Xidməti istənilən obyektə çata bilər", - mənbə qeyd edib.


Qeyd edək ki, Ufa şəhəri Rusiyanın ən böyük neft emalı mərkəzlərindən biridir və Rusiya Silahlı Qüvvələrini yanacaq, eyni zamanda yanacaq-sürtkü materialları ilə təmin edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər