Ukrayna 1400 km uzaqlıqdakı zavodu vurub
Rusiyanın Orsk şəhərindəki “Orsknefteorqsintez” zavodu PUA hücumuna məruz qalıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində zavodun ərazisindəki sənaye zonasında güclü partlayış və yanğınlar qeydə alınıb. Qeyd edək ki, Orsk şəhəri Ukrayna sərhədindən 1400 km aralıda yerləşir.