Ukrayna ABŞ-ın göstərişi ilə Rusiya ilə sülh sazişini
Macarıstanın baş naziri Viktor Orban iddia edib ki, İstanbulda Rusiya və Ukrayna arasında əsas sülh razılaşması əldə olunsa da, Ukrayna ABŞ-ın göstərişi ilə sazişi imzalamaqdan imtina edib.
İnformator.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban yerli radioda verdiyi açıqlamada, Avropa İttifaqının (Aİ) Ukraynadakı müharibəni nəzarətdə saxlamağa çalışdığı halda, ABŞ-ın müharibəni genişləndirməyə və qlobal münaqişəyə çevirməyə çalışdığını bildirib.
Orban Almaniyanın keçmiş kansleri Gerhard Schröder-in ötən ilin martında İstanbulda keçirilən danışıqlarda Ukraynanın Rusiya ilə sülh müqaviləsi imzalamaqdan imtina etməsi ilə bağlı Almaniya mətbuatına verdiyi açıqlamaları dəyərləndirib.
Orbanın sözlərinə görə, “Almaniyanın keçmiş kanslerinin dedikləri diplomatiya aləmində məlum faktdır. Müxtəlif hesabatlardan və kəşfiyyat mənbələrindən əldə etdiyimiz məlumata görə, İstanbulda ruslar və ukraynalılar arasında əsasən razılaşma əldə olunub. Lakin ukraynalılar bunu amerikalıların göstərişi ilə imzalamayıblar”.
Orban bu məlumatın bir gün məlum fakta çevriləcəyini iddia edib. Ukraynanın şərqindəki böhranın ABŞ-ın hadisəyə qarışması ilə böyüdüyünü vurğulayan Orban, müharibədə cəbhəyə göndərilən əsgərlərin sayına, silah-sursata və hərbi yardım üçün xərclənən pullara diqqət çəkib. Ukrayna getdikcə böyüyürdü.
Macarıstan lideri: “Macarıstan Ukraynaya silah təhvil verilməsini dəstəkləmədi. Mən də həmçinin macar vergi ödəyicilərinin pullarının Ukrayna ordusuna silah almaq üçün istifadə edilməsinin tərəfdarı deyiləm”.
Mənbə: HÜRRİYET
Tərcümə etdi: FİDAN İBRAHİMLİ
