Ukrayna ABŞ-nin sülh planını dəyişib
Ukrayna ABŞ-nin hazırladığı “sülh planı”nda ciddi dəyişikliklər edib və Rusiyanın bir sıra maksimalist tələblərini sənəddən çıxarıb. Mənbələr bildirir ki, Avropa liderləri yaxın zamanda razılaşmanın əldə olunmasının mümkün olmadığını deyirlər.
Planın ilkin variantı Rusiyanın göndərdiyi nümayəndə Kirill Dmitriev və Trampın təmsilçisi Stiv Witkoffun köməyi ilə hazırlanıb və Ukraynanın Donbasdan çəkilməsi, ordusunun məhdudlaşdırılması və NATO-ya qoşulmaması kimi şərtlər daxil idi. İsveçrədə aparılan danışıqlardan sonra sənəd 28 maddədən 19-a endirilib. Kiyev və Avropa tərəfdaşları ərazi danışıqlarının yalnız mövcud cəbhə xətti əsasında aparıla biləcəyini bildirirlər.
Ukrayna Aİ və NATO-ya üzvlüklə bağlı qərarları özü verməkdə israrlıdır. Bu məsələlərin Tramp və Zelenski arasında sonradan müzakirə ediləcəyi qeyd olunur.
Rusiyanın yüksək rəsmisi Yuri Uşakov planın yenidən işlənməli olduğunu deyərək Avropanın hazırladığı alternativ təklifi “qeyri-konstruktiv” adlandırıb.
Danışıqlar davam etdiyi bir vaxtda Ukrayna və Rusiya qarşılıqlı raket hücumları nəticəsində itkilər barədə məlumat veriblər. Avropa liderləri sülh prosesinə tam şəkildə cəlb olunmağın vacibliyini vurğulayır və ərazi bütövlüyünün dəyişdirilə bilməyəcəyini bildirirlər.
ABŞ administrasiyası isə Trampın Rusiyanı üstün tutduğu barədə tənqidlərə cavab olaraq hər iki tərəflə bərabər şəkildə işlədiklərini açıqlayıb.
Zelenski ölkədəki korrupsiya qalmaqalı və cəbhədəki vəziyyət səbəbilə müharibənin əvvəlindən bəri ən həssas dönəmini yaşayır.
The Guardian
Eslanda Kulieva