00:00:00
Yazar
Admin User
31.10.2025 18:19 126 2 dəq oxuma
Siyasət

Ukrayna bizə qarşı texnogen fəlakət törətmək istəyir

Ukrayna bizə qarşı texnogen fəlakət törətmək istəyir

Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib ki, Kiyev Rusiya Silahlı Qüvvələrinin Xarkov bölgəsində Vovçansk yaxınlığında irəliləməsini ləngitmək üçün texnogen fəlakət və Severski Donetsk çayı boyunca yaşayış məntəqələrində daşqın törətmək istəyir. O qeyd edib ki, oktyabrın 25-də Ukrayna Silahlı Qüvvələri Amerikanın HIMARS reaktiv yaylım atəşi sistemləri ilə Belqorod su anbarının bəndlərini dağıtmağa çalışıb:

 

"Onlar rus hərbçilərinin irəliləməsinin qarşısını almaq üçün "təbii fəlakət" törətmək istəyirlər".

 

Mövzu ilə bağlı politoloq siyasi şərhçi Şakir Ağayev “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsində Rusiya müəyyən üstünlüklərə malikdir:

 

“Rusiya-Ukrayna müharibəsində müxtəlif variantlardan- dambaların dağıdılması, çayların qarşısını alan bəndlərin götürülməsindən və s. istifadə olunur. Bugün üçün döyüş bölgəsində Rusiya az da olsa, daha çox irəliləyir. Yəni Ukraynanın insan resursları, silah resursları bugün üçün az olduğundan Rusiya döyüş bölgəsində daha çox üstünlüyə malikdir. Heç kimə sirr deyil ki, Kupyanskidə beş min Ukrayna əsgəri mühasirədədir. Donetskinin Pokrovski qəsəbəsində beş min beş yüz əsgər mühasirədədir və müharibədən çıxmaq üçün cəhdlər edirlər, alınmır. Mühasirədən Ukrayna əsgərlərini çıxarmaq üçün müxtəlif variantlara əl ata bilərlər. Regional dövlətlər üçün bu təhlükəlidir. İstər Ukrayna üçün, istər Rusiya üçün, istər Belarus üçün, istər Baltikyanı ölkələri üçün. Bu fəlakətin dərəcəsindən asılıdır ki, hansı formada həyata keçiriləcək”.

 

Ekspert qeyd edib ki, Rusiya ilə Qərb arasında gərginlik artıq ən yüksək həddə çatıb:

 

“Onsuz da bu gərginlik ən son həddədir və bundan o tərəfə dərinləşdirməyin artıq limiti də yoxdur. Rusiya ilə Qərb arasında artıq qırmızı xəttlər keçirilir. Hətta kiçik bir işartı yoxdur ki, onların münasibətlərində nə isə yaxşı mənada dəyişsin. Qərb açıq surətdə Ukraynanı bir hərb meydanına çevirməklə Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyir. Dəfələrlə bunu qeyd edib, gizlətməyib. Rusiya da bunu dəfələrlə qeyd edib ki, Qərbin məqsədi budur, amma bu məqsədə çata bilməyəcəklər. Hətta artıq Makron bir az da irəli gedib ölkə daxilindəki uğursuzluqlarını ört-basdır etmək üçün xarici siyasətdə Ukraynaya iki min hərbçinin göndərilməyini anons edir. Bunun nə dərəcədə real olduğunu gələcək göstərər. Mən, təbii ki, buna o qədər inanmıram, amma reallıq budur. Ona görə bu gərginlik onsuz da pik həddindədir. Hər halda Mariya Zaxarova Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsidir və bir bəyanat verirsə, yəqin məsuliyyətini daşıyır və kəşfiyyat məlumatlarına əsaslanır. Hesab edirəm ki, belə bir təhlükə gözlənilə bilər və ona görə də əvvəlcədən elan edir ki, sabah Ukrayna bunu törədib, Rusiyanın üzərinə yıxa bilər və yaxud da əksinə. Hər halda, rəsmi bəyanatdırsa, yəqin ki, hər hansı kəşfiyyat məlumatlarına əsaslanıb deyir”.

 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər