Ukrayna dövləti yox ola bilər
Müharibə bölgəsindəki vəziyyət Ukraynanın bir dövlət kimi yoxa çıxmasına gətirib çıxara bilər, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, Lukaşenko Ukrayna–Rusiya müharibəsi ilə bağlı bir sıra çıxışlar edib:
"O, Ukraynanın dövlətçiliyinin təhlükədə olduğunu və müharibənin uzanmasının Ukraynaya böyük zərbə vuracağını bildirib. Lukaşenkonun fikrincə, müharibənin başa çatmamasının əsas günahkarlarından biri Zelenski-dir, çünki o, danışıqlarda iştirak etməkdən imtina edir və bəhanələr gətirir. Lukaşenko hesab edir ki, müharibə davam etdikcə iqtisadi, siyasi və demokratik baxımdan Ukrayna daha çox itkiyə məruz qalacaq və bu, ölkənin mövcudluğunu təhlükə altına sala bilər. O, həmçinin qeyd edib ki, Ukraynanın xilası slavyan qardaş dövlətləri ilə dostluq və əməkdaşlıq münasibətləri əsasında mümkündür. Ukraynanın dövlət kimi qalması üçün danışıqların aparılması vacibdir. Danışıqlar nəticəsində atəşkəs və diplomatik həll tapılmalıdır — yalnız bu yolla Ukrayna mövcudluğunu qoruyub saxlaya bilər.Hazırkı beynəlxalq vəziyyət kontekstində Lukaşenko bildirib ki, bəzi dövlətlər — o cümlədən ABŞ Prezidenti Tramp — müharibənin tez başa çatmasını istəyir. Eyni zamanda bəzi Avropa liderləri müharibənin uzanmasını istədiklərini açıq etiraf edirlər; onlar Ukraynanı hərbi pól kimi istifadə edib Rusiyanı zəiflətmək məqsədində ola bilərlər. Rusiya isə müharibəni davam etdirərək Avropanı zəiflətmək istəyir. Buna görə də Lukaşenko danışıqların vacibliyini vurğulayır və İstanbul prosesinin bərpasını təklif edir.Nəticə olaraq, müharibənin dayanması, diplomatik həll və atəşkəs Ukraynanın dövlət kimi qalması üçün əsas amillərdir".
Qəmər Kazımzadə
