00:00:00
Yazar
Admin User
23.10.2025 11:39 162 1 dəq oxuma
Siyasət

Ukrayna damışıqlra hazırdır, amma ərazilərindən imtina etmir

Ukrayna damışıqlra hazırdır, amma ərazilərindən imtina etmir

Zelenski bildirib ki, Ukrayna Rusiya ilə danışıqlara hazırdır, lakin bunun üçün öz ərazilərini tərk etmək niyyətində deyil.

 

Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna-Rusiya danışıqlarında vasitəçi kimi mühüm ölkə Türkiyədir:

 

“Əvvəllər də Türkiyənin vasitəçiliyi ilə çox vacib qərarlar qəbul olunub. Eyni zamanda ABŞ-nin də iştirakı mümkündür. Ukrayna tərəfindən Avropa ölkələrinin də iştirakı mümkündür. Lakin danışıqların Türkiyədə aparılması daha məqbul görünür.  Ukraynanın birinci şərti atəşkəsin bağlanmasıdır. Eyni zamanda ərazilərinin azad edilməsidir. Rusiyadan ərazilərin boşaldılmasını tələb edir. Ən əsas şərt isə mövcud təmas xətti müəyyən edilməklə Rusiya-Ukrayna arasında atəşkəs bağlanmasıdır. Əgər bu baş verərsə, müharibənin dayandırılması ilə bağlı mühüm razılaşma əldə oluna bilər. Sadəcə olaraq Rusiyanın istədiyi Dombas bölgəsinin iki şəhərinin ələ keçirilməsidir. Donbas bölgəsinin tamamilə Rusiyanın nəzarətinə keçməsidir. Donbas bölgəsi Rusiya tərəfindən işğal edildikdən sonra rəsmi Moskva ikitərəfli danışıqlara başlamaq niyyətini açıqlaya bilər. Düşünürəm ki, Rusiyanın məsələni ləngitməsi məhz buna görədir”.

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər