Ukrayna diplomatiyasının gərgin həftəsonundan 5 vacib nəticə
Ağ Evdə Tramp Zelenskini tənqid edib, Ukraynanı müharibəni başlatmaqda ittiham etdi. Kiyev nadir minerallar müqabilində təhlükəsizlik təminatları istəyirdi, lakin görüş qalmaqalla başa çatdı və ukraynalı nümayəndələr Ağ Evdən çıxarıldı.
Zelenskini Londonda Starmer və Kral III Çarlz qarşıladı. Avropa liderləri Ukraynaya hərbi yardımı artırmağa və müharibəni dayandırmağa çalışır. NATO və Avropa İttifaqı silahlanma və müdafiə xərclərini artıracağını açıqladı. Fransa və Britaniya Ukraynada bir aylıq atəşkəs planı təklif etdi. Starmer Avropa qoşunlarının razılaşmanı qoruyacağını bildirdi, lakin Rusiya bu təklifi rədd etdi. ABŞ-ın reaksiyası hələ bilinmir. Zelenski ABŞ-ın hərbi yardımına görə təşəkkür edib və nadir minerallar müqaviləsini imzalamağa hazır olduğunu bildirib. O, Vaşinqtonun geri çəkilməsinin yalnız Rusiyaya fayda verəcəyini vurğulayıb.
Rusiya Ağ Evdəki qalmaqala sevinclə reaksiya verib. ABŞ və Rusiya arasında Ukraynanın iştirakı olmadan yeni danışıqlar planlaşdırılır. Trampın müşaviri Kiyevin ərazi güzəştlərinə getməli olduğunu bildirib. Vaşinqtonun növbəti addımları Ukrayna müharibəsinin gələcəyini müəyyənləşdirəcək.
CNN News
Aydan Quliyeva