00:00:00
Yazar
Admin User
27.10.2025 17:54 94 2 dəq oxuma
Dünya

Ukrayna Fransadan əlavə "Mirage 2000" qırıcıları alacaq

Ukrayna Fransadan əlavə "Mirage 2000" qırıcıları alacaq

Ukrayna yaxın zamanda Fransadan əlavə "Mirage 2000" qırıcı təyyarələri və hava hücumundan müdafiə sistemləri üçün raketlər əldə edəcək. Bu barədə Prezident Volodimir Zelenski Telegram kanalında yayımladığı videomüraciətdə bildirib. O, həmçinin Böyük Britaniya və Fransaya göstərdikləri hərbi dəstəyə görə təşəkkür edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki,Avropanın Ukraynaya dəstəyinin artması gözlənilən idi və yəqin ki, burdan sonra da artacaq:

 

"Çünki, Avropa müharibənin bitməyini istəmir. Və artıq burada təkcə Rusiya - Ukrayna müharibəsi getmir, həm də ABŞ-Avropa müharibəsi gedir.Məsələ ondan ibarətdir ki, ABŞ müharibənin bitməsi üçün çalışır və artıq ABŞ prezidenti Donald Tramp belə deyək ki, hövsələdən çıxır. Artıq Rusiya prezidenti Vladimir Putinin qarşısına konkret şərt qoyub ki, ancaq Putin sülhə hazır olanda mən onunla görüşəcəm. Çünki, Tramp hələ hakimiyyətə gəlməzdən əvvəl demişdi ki, mən müharibəni bitirəcəm və bunu bacara bilmir, hövsələdən çıxır. Yəni bütün imkanlardan istifadə edir, müharibəni bitirmək üçün. Avropa isə bundan narahatdır. Çünki, müharibəni Tramp bitirsə, Ukraynaya investisiya qoyacaq, Rusiya ilə siyasi-iqtisadi əlaqələri qoruyacaq və müharibədən sonra diqqətini Yaxın Şərqə və Çinlə münasibətlərə yönləndirəcək.

 

Avropa narahatdır ki, bu müharibə bitsə, Rusiyanın növbəti hədəfi növbəti Avropa ölkəsi olacaq və indiki şəraitdə Avropa Ukraynadan ucuz enerji alır. Amma müharibə bitsə, bu imkan olmayacaq. ABŞ bütün imkanlarını müharibəni bitirməyə qoyur və ora daha çox enerji sərf edir deyə Avropa narahatdır. Və Avropa da Ukraynanı daha çox silahlandırır ki, müharibəni davam elətdirsin. Mahiyyəti budur məsələnin.

 

Təbii ki, Rusiya-Avropa münasibətləri getdikcə kəskinləşəcək. NATO-da da tədricən, əgər, nəzərə alsaq, ABŞ-lə digər NATO müttəfiqləri arasında münasibət gərginləşirsə,kəskinləşirsə, deməli, bu prosesdə NATO-nu da gücdən salacaq. Və hətta NATO-nun zəifləməsi və parçalanması gündəmə gələcək".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər