00:00:00
Yazar
Admin User
16.10.2025 05:09 120 1 dəq oxuma
Dünya

Ukrayna hücumlara hazırlaşa bilər

Ukrayna hücumlara hazırlaşa bilər

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna hücumlara hazırlaşa bilər.

 

"İnformator.az" xəbər verir ki, o, ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patellə birgə mətbuat konfransında jurnalistin sualını cavablandırarkən belə mövqe ortaya qoyub.

 

ABŞ-nin Ukraynaya "Tomahawk" raketlərindən başqa silahların verilməsini nəzərdən keçirib-keçirməməsi sualına Tramp digər variantları araşdırdığını söyləyib. "Bu barədə qərar verməliyəm", - Ağ Evin rəhbəri deyib.

 

Amerika liderinin sözlərinə görə, oktyabrın 17-də ukraynalı həmkarı Volodimir Zelenski ilə qarşıdakı görüşdə o, Rusiya-Ukrayna müharibəsini müzakirə etmək niyyətindədir. Lakin Tramp söhbətin nədən getdiyini açıqlamayıb.

 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl "Tomahawk"ların Kiyevə tədarükünün rəsmi Moskva ilə Vaşinqton arasındakı münasibətləri pozacağını deyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər