00:00:00
Yazar
Admin User
30.11.2025 13:26 136 1 dəq oxuma
Siyasət

“Ukrayna kompromisə getməsə, regionu uzun və qeyri-müəyyən müharibə gözləyir”

“Ukrayna kompromisə getməsə, regionu uzun və qeyri-müəyyən müharibə gözləyir”

Bu gün Rusiya tərəfi, Pokrovsk, Xarkov və digər vilayətlərdə Ukraynanı atəşə tutur, dronlarla hücumlar həyata keçirir. Ancaq əsas məsələ burada savaşdan çox, danışıqlar prosesinin baş tutmamasıdır.

 

Mövzuya münasibət bildirən politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında qeyd edib ki, bu savaşın tezliklə bitəcəyini demək mümkün deyil, çünki hələ uzun müddət davam edəcək.

 

Politoloq həmçinin bildirir ki, Qərb Rusiyaya, Amerika və Avropa isə Ukraynaya dəstək verir. Bu dəstəyin içində maddi resurslar, silah yardımı və siyasi təzyiqlər var:

 

“Avropa Ukrayna məsələsinə çox ciddi təsirlər etməyə başlayıb. Bu da Ukraynanın adekvat qərar verməsinə mane olur. Rusiya artıq Krımı, Donetsk və Luqansk bölgələrini işğal edib. Ukraynanın isə bu torpaqları geri almaq imkanları hazırda yoxdur”.


Ramiyə Məmmədova əlavə edir ki, Ukrayna hansısa təzyiqlər nəticəsində müəyyən kompromislərə getmək məcburiyyətində qalacaq:

 

“Çünki, Yermakın getməsindən sonra, çox güman ki, Amerikanın razılıq verdiyi bir şəxs onun yerinə gələcək və o da təbii ki, Amerikanın dediyi məsələlərə razılıq verəcək. Bu günkü gün də Ukraynanın vəziyyəti heç də ürək açan deyil. Ukrayna ya kompromisə getməlidir, ya da regionu daha uzunmüddətli, proqnozlaşdırılması çətin bir müharibə dövrü gözləyir”.


Fidan İbrahimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər