Ukrayna müzakirəsi: ABŞ-Avropa ittifaqı sona yaxınlaşır?
ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrini kənarda qoyaraq və Rusiyanın maksimalist tələblərini nəzərə alaraq hazırladığı "Ukrayna sülh planı" Atlantik okeanının iki sahili arasında dərin etimad böhranına səbəb olub.
Avropalıların narahatlığını açıq şəkildə ifadə edən ən konkret bəyanat Avropa Parlamentindəki ən böyük siyasi qrup olan mühafizəkarların lideri Manfred Weber-dən gəlib. “Tarixi anlar yaşayırıq", – deyə Weber bildirib və Avropanın təhlükəsizliyi məsələsində artıq ABŞ-yə güvənməyin mümkün olmadığını vurğulayaraq əlavə edib: “Artıq Aİ-ni Avropanın NATO-su halına çevirmək zəruridir".
BBC NEWS
Səmayə Səftərova