“Ukrayna, Moldova, Gürcüstan ərazilərində separatçı yuvalar var”
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Ukrayna, Moldova və Gürcüstan ərazilərində separatçı ocaqlar mövcuddur və beynəlxalq yanaşmada bu məsələlərə ikili standartlar tətbiq olunur. Dövlət başçısı bu fikirləri Ağdam şəhərinə köçən sakinlərlə görüşü zamanı səsləndirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, bu separatçılıq ocaqlarını Rusiya yaradır:
“Birinci cənab Prezident diqqəti ona cəlb edir ki, məhz Ukraynada, Gürcüstanda, Moldovada bu separatçılıq ocaqları məhz Rusiya yaradır. Azərbaycanda belə Rusiya yaratmışdı. Azərbaycandakı separatçılar yandırılırdı, amma indiki Moldovada, Ukraynada və Gürcüstandakı separatçıları təbii ki, beynəlxalq hüquq baxımından onların səfərlərini Qərb bloklayıb. Demək olar ki, Qarabağdakı separatçılar Ermənistanın şəxsiyyət vəsiqəsi ilə xarici səfərlər edirdilər. Amma Qərb bu məsələdə ikili standartlardan çıxış edib, Erməni lobbisinin də burada mövqeyi kifayət qədər ciddi olub, onlara dəstək verib. Çünki onların səfərləri Ermənistan üzərindən olub, Ermənistan vətəndaşı olub. Azərbaycanın kifayət qədər beynəlxalq mövqeyini gücləndirib və ona görə də, torpaqlarını işğaldan azad edəndə, hər hansı bir beynəlxalq təzyiqlə üzləşmədi. Bilirsiz ki, Rusiya AZAL-la bağlı düşən öhdəlikləri yerinə yetirmədi, Azərbaycana qarşı siyasi təxribatlarını müəyyən dərəcədə davam etdirir. Yəni Cənab Prezident bu separatizm məsələrini Rusiyanın idarə etdiyinin mesajını verir “.
Reyhan Quliyeva
