Ukrayna niyə NATO-nun üzvü deyil?
NATO - Şimali Atlantika Müqaviləsi Təşkilatı - 1949-cu ildə Vaşinqtonda 12 ölkə: Belçika, Kanada, Danimarka, Fransa, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya, Böyük Britaniya və ABŞ arasında yaradılıb.
NATO 1949-cu ildə, ilk növbədə Sovet İttifaqının Avropaya genişlənməsini əngəlləmək üçün yaradılıb və bir üzvə hücum hamıya hücum kimi qiymətləndirilib.
1991-ci ildə Sovet İttifaqı 15 ayrı ölkəyə parçalanıb, bəziləri o vaxtdan NATO-ya üzv olub - bəs Ukrayna niyə üzv deyil?
Rusiya daim Ukraynanın ittifaqın öz sərhədlərinə çox yaxınlaşacağını iddia edərək, ona qoşulmasına qarşı çıxır.
Bu, üzvləri Rusiyanın təcavüzünə qarşı ehtiyatlı davranmağa vadar edib. 2023-cü ildə ABŞ-nin o zamankı prezidenti Co Bayden 2023-cü ildə təşkilata xatırladıb ki, "müharibə gedirsə, deməli hamımız müharibə edirik. Rusiya ilə müharibə edirik".
Bəzi üzvlər də narahatdırlar ki, atəşkəs əldə edildikdən sonra Ukraynanı NATO-ya qəbul etmək vədləri yalnız müharibəni uzadacaq , çünki bu, Vladimir Putinin baş verməsini istəmədiyi bir nəticədir.
BBC
Mahmud Əskərli