00:00:00
Yazar
Admin User
13.10.2025 18:19 158 2 dəq oxuma
Dünya

Ukrayna ordusunun hücumları dəf edilib

Ukrayna ordusunun hücumları dəf edilib

Ukrayna Silahlı Qüvvələrinin iki hücum qrupu Sumı vilayətinin Konstantinovka yaxınlığında əks-hücum cəhdi uğursuz olub.

 

Mövzu ilə əlaqədar sabiq millət vəkili Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, hələdə Rusiya-Ukrayna münaqişəsi davam edir:

 

“Tərəflər əks hücum və yaxud cəhətdən hücum taktikasını yerinə yetirirlər. Ərazi baxımından həmin ərazilər Ukraynanın BMT çərçivəsində qəbul olunan ərazilərdir və Rusiya ordusunun hücumlarını beynəlxalq ictimaiyyət düzgün olaraq qınayır. Bu mövzuya biraz qlobal baxmaq lazımdır. Qeyd etmək lazımdır ki, bu günkü gündə dünyada müharibə ocaqları bitmək üzrədir. Hindistan-Pakistan münaqişəsi bitib, digər tərəfdən Qəzza bölgəsindəki Həmas-İsrayil qarşıdurması artıq bugünlərdə öz həllini tapıb. Dünyanın hegemon dövləti olan ABŞ adminstrasiyasının yəni 47-ci prezident Trampın bir siyasəti var ki, dünyada müharibə ocaqları qarşıdurmaları bitməlidir. Çünki bu və ya digər halda ABŞ tərəf olur. Ya silah verməlidir, ya hərbi yardım etməlidir, ya da ki maddi yardım etməlidir ona görə də ABŞ adminstrasiyanın bu günkü xarici siyasəti ondan ibarətdir ki, kifayət qədər münaqişə ocaqları olmasın. Yaxınlarda ABŞ prezidenti cənab Trampın belə bir bəyənatı olub ki, tomaqraf tipli roketlərin Ukraynaya verilməsi gündəmdədir və bu qərar verilib. O biri tərəfdən cənab Tramp bəyənat verib ki, mən bilməliyəm ki, Ukrayna bu tomaqrafları hansı tərəfdən istifadə edir. ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqa deyib ki, ABŞ Ukrayna tomaqraflar və ya digər roketlərdən istifadə ilə əlaqədar heç bir məhdudiyyət qoymur. Ondan başqa qeyd etmək lazımdır ki, Ukraynanın özünündə insansız uçuş aparatları, roketləri var. Bugünkü gündə onlar Rusiya ərazilərinə atəşə açırlar. Nəzərə alsaq ki, ortada artıq tomaqraf tipli roket sisteminin Ukraynaya verilməsi prosedurası var, bunun ödənişi Avropa İttifaqına daxil olan NATO dövlətləri təminat edəcəkdir. Bununla əlaqədar müəyyən bir razılıq var, digər tərəfdən Rusiya tərəfi çox narahatdır, yaxınlarda tomaqraf tipli roketlərin Ukraynaya təqdim olunmasına qədər Rusiyanın narahatlığı bizə deməyə əsas verir ki, yaxınlarda Ukrayna və Rusiya rəhbərlərinin görüşü ola bilər. Qeyd etmək lazımdır ki, Türkiyə ərazisində olacaqdır”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər