00:00:00
Yazar
Admin User
08.09.2023 16:58 452 2 dəq oxuma
Dünya

Ukrayna qadınları orduya cəlb edir

Ukrayna qadınları orduya cəlb edir

  Ukrayna ordusuna qadın hərbçiləri cəlb etməyə etməyə başlayıb. Artıq ölkədə bununla bağlı müəyyən təkliflər də təsdiqlənib. Əvvəllər müəyyən sahələrdə fəaliyyət göstərən xanımlara indi hərbin bir çox sahəsində ehtiyac duyulur. Ölkəni bu qərarlara vadar edən səbəblər isə kifayət qədər çoxdur.

   Gərgin formada davam edən müharibədə Ukrayna yeni addımlar atmağa başlayıb. Belə ki, oktyabrın 1-dən hərbi qeydiyyata düşən qadınların artıq xaricə çıxışı məhdudlaşdırılacaq. Həmin tarixdən etibarən qadın həkimlər və əczaçılar mütləq hərbi qeydiyyatdan keçməli olacaqlar. Digər peşə sahibləri isə könüllü şəkildə hərbi qeydiyyatdan keçə bilərlər. Bununla bağlı, Ali Radanın Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü Fyodor Venislavski məlumat verib. Nazirlər Kabinetinin qərarına görə, ümumiyyətlə ölkədə nəinki qadınların həmçinin, hərbi və dövlət qulluqçularının da xaricə səfəri məhdudlaşır. Hərbi ekspert Şair Ramaldanovun sözlərinə görə, qadınların hərbi sahəyə cəlb edilməsi əslində, Ukrayna ordusu üçün müəyyən mənada müsbət nəticələr vəd edir. “Bununla çalışırlar ki, qadınlar tuta biləcək vəzifələrdən kişiləri azad etsinlər. Onları məhz aktiv döyüşlərə cəlb etsinlər və təbii ki, aktiv döyüşlərdə artıq qadınların da cəlb olunması haqqında məlumatlar var. Bu vəziyyəti dəyişəcəkmi, düşünmürəm ki, bu vəziyyəti dəyişəcək. Ona görə ki, indiyə kimi gedən proseslər onu göstərir ki, hazırda hətta hazırlanmış Qərb və kualisiya qüvvələri döyüşlərdə lazım olan nəticəni əldə etməyiblər”.

  Ukraynada səfərbər edilmiş qadınların ümumi sayının təxminən 1%-i Silahlı Qüvvələrdə və digər birləşmələrdə hərbi xidmətə çağırılıb. Bu zaman qadınların çox hissəsi tibb işçisi, rabitə bölmələri, mənəvi-psixoloji dəstək, kargüzarlıq, mühasib və aşpaz vəzifələrinə təyin olunub. İndiki vəziyyətdə də Silahlı Qüvvələrdə bu sahələrdə qadınlara ehtiyac var. Artıq dövlətin qadınlara orduda da ehtiyacı yaranıb. Buna görə də, yalnız onların razılığı ilə çağırışçıların hərbi qeydiyyata alınması ilə bağlı təkliflər işlənib. Həmçinin, qadınların ştatda xüsusi müddət başa çatdıqdan sonra bir aydan gec olmayaraq hərbi qeydiyyata alınması ilə bağlı tədbirlər də həyata keçirilir.

  Qeyd edək ki, Ukraynanın müdafiəsinə 60 mindən çox qadın cəlb olunub. Bu rəqəmlər gün keçdikcə artır. Onların 42 mindən çoxu hərbçidir. Müharibə başlayanda isə Ukrayna Silahlı Qüvvələrində bu rəqəm təxminən 30 minə yaxın idi.

FİDAN

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər