00:00:00
Yazar
Nigar Həsənzadə
23.02.2026 22:39 12 1 dəq oxuma
Dünya

Ukrayna-Rusiya danışıqlarında son vəziyyət necədir?

Ukrayna-Rusiya danışıqlarında son vəziyyət necədir?

Ukrayna Prezident Aparatının rəhbəri Kirilo Budanov ABŞ-nin vasitəçiliyi ilə Rusiya-Ukrayna danışıqlarının dördüncü raundunun bu həftə sonu keçirilə biləcəyini açıqlayıb.

 

Ukrayna Prezident Aparatının rəhbəri Kirilo Budanov ABŞ-nin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında keçirilən danışıqların dördüncü raundunu şərh edib. Danışıqların növbəti raundu ilə bağlı sualı cavablandıran Budanov bildirib:

 

"Düşünürəm ki, bu həftə sonu olacaq. Heç kimə sirr deyil ki, danışıqlar asan deyil, amma biz mütləq irəliləyiş əldə edirik və bütün tərəflərin yekun qərarlarını verməli olduğu həlledici məqama yaxınlaşırıq. Müharibənin davam etdirilməsidir, yoxsa sülhə doğru irəliləmək?".

 

Rusiyanın danışıqlara yanaşmasını "ölçülü, nəzakətli və peşəkar" kimi xarakterizə edən Budanov əlavə edib: 

 

"Onlar özlərini tamamilə diplomatik cəhətdən düzgün aparırlar. Eyni zamanda, hamımızın fərqli mövqelərə malik olduğumuz hər kəsə aydındır".

 

Aydan Əsgərxanlı

CNN Türk

#gündəm #son #vəziyyət #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər