00:00:00
Yazar
Admin User
20.11.2025 19:11 109 1 dəq oxuma
Dünya

Ukrayna Rusiya ilə müharibəni sona çatdırmaq üçün layihə planını ABŞ-dən alıb

Ukrayna Rusiya ilə müharibəni sona çatdırmaq üçün layihə planını ABŞ-dən alıb

ABŞ-nin Ukrayna Prezidenti Volodimir Zelenskiyə müharibəni sona çatdırmaq üçün “diplomatiyanı gücləndirə biləcək layihə planı” təqdim etdiyi bildirilib.

 

Ukrayna Prezident Administrasiyasından verilən yazılı açıqlamada bildirilib ki, ABŞ Zelenskiyə Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün diplomatiya prosesini gücləndirə biləcək plan göndərib.

 

Açıqlamada qeyd olunub:

 

“Ukrayna Prezidenti ABŞ tərəfindən göndərilən layihə planını rəsmi olaraq qəbul edib. ABŞ tərəfi bu planın diplomatiyanı gücləndirə biləcəyini bildirir”.

 

Zelenskinin bu gün ukraynalı rəsmilərlə görüş keçirərək planı müzakirə etdiyi vurğulanıb və aşağıdakı ifadələr yer alıb:

 

“Ukrayna Prezidenti xalqımız üçün vacib olan əsas prinsipləri yekunlaşdırıb və bugünkü görüşdən sonra müharibənin şərəflə sona çatmasını təmin edəcək şəkildə planın maddələri üzərində işləmək barədə razılığa gəldik”.

 

Açıqlamada həmçinin bildirilib ki, Zelenski gələcək günlərdə ABŞ Prezidenti Donald Trampla məsələni müzakirə edəcək:

 

“Ukrayna, rus işğalının ilk saniyələrindən etibarən sülh üçün çalışır və həqiqi sülhü daha da yaxınlaşdıra biləcək bütün əsaslı təklifləri dəstəkləyir. Ukrayna ilin əvvəlindən bəri Prezident Trampın qan tökülməsinin dayandırılması təkliflərini dəstəkləyir. Sülhün təmin olunması üçün Amerika tərəfi ilə, həmçinin Avropa və dünyadakı müttəfiqlərimizlə konstruktiv şəkildə işləməyə hazırıq. Gözlənilir ki, Ukrayna Prezidenti yaxın günlərdə Prezident Trampla mövcud diplomatik imkanları və sülh üçün zəruri əsas məqamları müzakirə edəcək”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər