Ukrayna Rusiyanın aviatəmir zavodunu vurub
Ukrayna ordusu vasitəsilə Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində yerləşən, Tu-95 strateji bombardmançı təyyarələrinin və A-50 təyyarələrinin modernləşdirildiyi aviatəmir zavoduna zərbələr endirilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
İlkin məlumata görə, Tu-95 təyyarələrinin təmir sexində yanğın baş verib.