00:00:00
Yazar
Admin User
23.11.2025 10:40 104 1 dəq oxuma
Dünya

Ukrayna Rusiyanın HHM sistemini yarıb keçib

Ukrayna Rusiyanın HHM sistemini yarıb keçib

Bu gün Ukrayna PUA-ları ilk dəfə olaraq Rusiyanın eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemini yarıb keçə bilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiyanın “Kanal vizionera” Teleqram kanalı məlumat yayıb.

 

“Hələlik bu, Moskva şəhərində deyil, Moskva vilayətində baş tutub. Şaturskaya DRES-i kütləvi hücuma məruz qaldı. Moskva vilayətindəki stansiyaya yeddi Ukrayna PUA-sı zərbə endirib. Nəticədə DRES-in üç transformatoru və bir turbin sexi yanıb. Rusiya Müdafiə Nazirliyi hücumu təkzib edib və bildirib ki, gecə ərzində Moskva vilayətində 2 PUA vurulub”, - məlumatda qeyd olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər