00:00:00
Yazar
Admin User
09.06.2025 14:16 103 1 dəq oxuma
Dünya

Ukrayna Rusiyanın hərbi hava bazasına hücum etdiyini bildirib

Ukrayna Rusiyanın hərbi hava bazasına hücum etdiyini bildirib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın cənubunda yerləşən Morozovsk hərbi hava bazasına pilotsuz uçuş aparatları ilə gecə hücumu təşkil etdiyini açıqlayıb. Ukrayna tərəfi hücum nəticəsində bir neçə rus qırıcı təyyarəsinin zədələndiyini iddia edib.


Həmin baza Rusiya Hərbi-Hava Qüvvələrinin əsas strateji obyektlərindən biri hesab olunur və döyüş əməliyyatlarında istifadə olunan Su-34 tipli təyyarələrin yerləşdiyi ərazi kimi tanınır. Ukrayna Müdafiə Nazirliyi hücumun uğurlu olduğunu və texnikalara ciddi ziyan vurulduğunu bildirib.
Rusiya tərəfi hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Müstəqil mənbələr hələlik hücumun miqyasını və nəticələrini təsdiqləməyib. Hücum bölgəsində vəziyyətin gərgin olaraq qaldığı bildirilir.

 

The Guardian
Selcan Əhmədli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər