Ukrayna Rusiyanın neft emalı müəssisələrinin 30 %-dən çoxunu sıradan çıxarıb
Rusiyanın faktiki neft emalı müəssisələrinin 30 %-dən çoxu neft emalı zavodlarına Ukraynanın endirdiyi zərbələr nəticəsində sıradan çıxarılıb.
"İnformator.az" xəbər verir ki, nəşr "S&P Global Energy"nin məlumatlarının və Rusiya neft emalı zavodlarının peyk görüntülərinin təhlili əsasında bu nəticəyə gəlib.
Qəzetin məlumatına görə, Ukraynanın hücumları Rusiyada neft emalı üzrə faktiki müəssisələrin 30 %-dən, nominal güclərin isə 45 %-dən çoxunu sıradan çıxarıb.