00:00:00
Yazar
Admin User
24.08.2025 11:04 79 1 dəq oxuma
Dünya

Ukrayna Rusiyanın nəhəng qaz emalı zavodunu vurub

Ukrayna Rusiyanın nəhəng qaz emalı zavodunu vurub

Ukrayna ordusu Rusiyanın Baltik dənizində ən böyük neft-qaz terminallarından və limanlarından olan Ust-Luqaya zərbələr endirib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

 

Məlumata görə, zərbələr nəticəsində “Novatek” şirkətinə məxsus qaz emalı kompleksində güclü yanğın başlayıb.

 

Bildirilib ki, zərbə tam olaraq kompleksin texnoloji proseslərinin ürəyi hesab olunan qaz kondensatı üçün kriogen fraksiya bölməsinə dəyib.

 

Bu müəssisənin nominal gücü ildə 6 milyon tondur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər