Ukrayna Rusiyaya məxsus 35 PUA-nı vurdu
Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiyaya məxsus İran istehsalı olan 35 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.
Ukrayna Silahlı Qüvvələrindən verilən açıqlamaya görə, ötən gecə ölkənin müxtəlif nöqtələrini hədəf alan İran istehsalı olan Rusiyaya məxsus 35 pilotsuz uçuş aparatı vurulub.
Açıqlamada Rusiyanın ötən gecə Karkov, Xerson, Mikolayiv və Odessa şəhərlərini hədəf alan 16 raket hücumu həyata keçirdiyi, Ukrayna qüvvələri və yaşayış məntəqələrinə isə 61 hava hücumu və 52 ağır raket hücumu təşkil edildiyi bildirilib.
Kiyev meri Vitali Kliçko paytaxt Kiyevdə azı 5 nəfərin yaralandığını açıqlayıb.
