00:00:00
Yazar
Admin User
24.11.2025 18:26 83 1 dəq oxuma
Dünya

Ukrayna əsgərləri ABŞ-nin sülh planına reaksiya verir

Ukrayna əsgərləri ABŞ-nin sülh planına reaksiya verir

Ukraynanın ön xəttində döyüşən əsgərlər ABŞ-nin sülh üzrə hazırladığı ilkin təkliflərə həm etiraz, həm qəzəb, həm də ümidsizlik qarışığı ilə reaksiya veriblər.

 

BBC, keçən həftə detalları sızdırılan orijinal ABŞ planına cavab olaraq sosial media və e-poçt vasitəsilə fikirlərini göndərən yarım düzə yaxın əsgərlə əlaqə saxlayıb.

 

O vaxtdan bəri amerikalı və ukraynalı danışıqlar aparan şəxslər təkliflərdə dəyişikliklər üzərində işləyir və “sülh çərçivəsi” ilə bağlı müzakirələri davam etdirməyə hazırlaşırlar.

 

Orijinal ABŞ planı haqqında danışan, Ukraynanın şərqində yerləşən Yaroslav deyir ki, bu plan “çox pisdir… heç kim bunu dəstəkləməyəcək”. “Shtutser” çağırış adlı hərbi tibb işçisi isə planı “tamamilə utancverici və diqqətə belə layiq olmayan bir sülh layihəsi” kimi qiymətləndirib.

 

Lakin “İlan” (Snake) çağırış adlı bir başqa əsgər BBC-yə “artıq heç olmasa nəyəsə razılaşmağın vaxtıdır”,-deyib.

 

Aşağıda isə BBC ilə danışan əsgərlərin ABŞ-nin ilkin sülh planının bəzi əsas maddələri barədə fikirləri təqdim olunur.

 

Mənbə: BBC news

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər