Ukrayna Taxıl Təşəbbüsünün bağlanması ilə üz-üzə
Ukrayna Taxıl Təşəbbüsünün bağlanma təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edir.
İnformator.az BBC-yə istinadən xəbər verir ki, taxılın Qara dəniz limanları vasitəsilə ixracına imkan yaradan Qara Dəniz Taxıl Təşəbbüsü Rusiyanın Türkiyə sularında gəmilərin yoxlanılmasına mane olmağa davam etdiyi üçün bağlanma təhlükəsi ilə üzləşib.
"Qara Dəniz Taxıl Təşəbbüsü Rusiya Federasiyasına görə bağlanma təhlükəsi ilə üzləşib. Rusiya hələ də orada iştirak üçün israrına görə Türkiyədə heç bir yoxlama aparılmır. Bu, qəbuledilməzdir və proqramın şərtlərinə ziddir. Ukrayna limanlarımızda müdaxiləyə qarşıdır. Biz Türkiyə və BMT-nin reaksiyasına güvənirik” - Ukraynanın yenidənqurma üzrə baş nazirinin müavini Oleksandr Kubrakov Twitter səhifəsində yazıb.
BMT-nin hesablamalarına görə, mart ayında Qara Dəniz Taxıl Təşəbbüsü Ukraynadan 45 ölkəyə təxminən 25 milyon metrik ton taxıl və ərzaq gətirib. Bu, ərzaq qiymətlərinin aşağı salınmasına və dünya bazarlarının sabitləşməsinə kömək etdi.
Rusiya tərəfi isə razılaşdırılmış sazişin lazımi qaydada həyata keçirilmədiyini, Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən sanksiyaların Rusiyanın taxıl və gübrə ixracına mane olduğunu deyir.
Qeyd edək ki, razılaşma Rusiyanın 2022-ci ilin iyulunda Ukrayna limanlarını blokadasından sonra qlobal çatışmazlıq qorxusu səbəbilə əldə olunub.
Fatima Mustafayeva
