00:00:00
Yazar
Admin User
25.11.2025 16:51 96 2 dəq oxuma
Siyasət

Ukrayna və ABŞ heyətləri sülh planının əsas şərtləri üzrə anlaşma əldə ediblər

Ukrayna və ABŞ heyətləri sülh planının əsas şərtləri üzrə anlaşma əldə ediblər

 

Ukrayna və ABŞ nümayəndə heyətləri Cenevrədə müzakirə edilən sazişin əsas şərtləri üzrə ümumi anlaşmaya nail olublar. O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin yekun mərhələləri tamamlamaq və ABŞ Prezidenti Donald Trampla razılığa gəlmək üçün noyabrın sonunadək ABŞ-yə səfərinin təşkil ediləcəyi gözlənilir.

Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiyanın Ukrayna üzərində müəyyən hüquqlara sahib olması kimi təkliflər ciddi müzakirə predmetinə çevrilib:


"Amerika səfəri gözlənilir, bu və ya gələn həftə belə bir səfərin baş tutması ehtimal olunur. Lakin səfər reallaşana qədər tərəflərin mövqelərini bir daha dəqiqləşdirəcəyi və müəyyən düzəlişlər edəcəyi istisna edilmir. Konkret olaraq, Trampın təqdim etdiyi 28 maddəlik saziş ciddi dəyişikliklərə məruz qalıb və artıq 19 maddəlik yeni bir sənəd formalaşdırılıb. ABŞ və Ukraynanın Cenevrədə iştirak edən nümayəndə heyətləri bu variant üzərində razılığa gəliblər. Hazırkı sənədin Trampa və Zelenskiyə təqdim edilməsi, onların da dəyərləndirməsindən sonra əlavə müzakirələrin aparılması gözlənilir. Cenevrədə müzakirələrin əsas mövzusu Ukraynanın suverenliyi olub. Xüsusilə sərhədlərin zorla dəyişdirilməsinin yolverilməzliyi məsələsi vurğulanıb. Yəni Ukrayna ərazilərinin Rusiya tanınması, icarəyə verilməsi, Ukrayna ordusunun məhdudlaşdırılması və yaxud Rusiyanın Ukrayna üzərində müəyyən hüquqlara sahib olması kimi təkliflər ciddi müzakirə predmetinə çevrilib. Ən çox narahatlıq yaradan məsələlərdən biri isə təhlükəsizlik təminatları ilə bağlı olub. Bildiyim qədər tərəflər artıq yeni bir sənəd hazırlayıblar və bu sənədin əvvəlki layihədən əhəmiyyətli dərəcədə fərqləndiyi ehtimal olunur. Yəqin ki, ABŞ və Ukrayna son müzakirələrdən sonra sənədi rəsmi şəkildə təqdim edəcəklər. Böyük ehtimalla indiki sənəd daha məqbul hesab edilə bilər. Ola bilsin ki, bu dəfə Rusiya həmin sənədi qəbul etməyə daha yaxın olsun".

 

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər