00:00:00
Yazar
Admin User
24.08.2025 15:10 107 1 dəq oxuma
Dünya

Ukrayna və Kanada birgə istehsalla bağlı saziş imzalayıb

Ukrayna və Kanada birgə istehsalla bağlı saziş imzalayıb

Kanada və Ukrayna Kiyevdə hərbi məhsulların birgə istehsalı haqqında saziş imzalayıblar.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal bildirib.


"Ukrayna və Kanada müdafiə təyinatlı məmulatların birgə istehsalı haqqında bu gün razılığa gəliblər. Saziş ikitərəfli müdafiə-sənaye əməkdaşlığının dərinləşdirilməsi, Ukrayna və Kanadada yeni istehsal güclərinin genişləndirilməsi və yaradılması məqsədi daşıyır”, - deyə MN rəhbəri bildirib.


Onun sözlərinə görə, əldə edilən razılaşmalar texnologiya mübadiləsini asanlaşdıracaq və Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli perspektivdə müasir silah və hərbi texnika ilə təmin olunmasına kömək edəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər